İspaniya

“Barselona” Avropa çempionuna göz dikib

“Barselona”ya 2024-cü il Avropa çempionu olan “Atletik Bilbao”nun mərkəz müdafiəçisi Aymerik Laporte ilə müqavilə imzalamaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Mənbənin məlumatına görə, “Barselona” və “Atletik Bilbao” arasındakı münasibətlər “Blauqrana”nın 2024-cü ilin yayında Niko Uilyamsı transfer etmək cəhdindən sonra gərginləşib. Kataloniya klubu Laporteni  transfer etməyə çalışsa, “heç bir əməkdaşlıq olmayacaq”.

Ötən mövsüm Laporte bütün yarışlarda 30 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.

Aut.aqz