Azərbaycan UEFA reytinqində birincidir
Azərbaycanın UEFA reytinqindəki xalları artıb.
Aut.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”ın, Konfrans Liqasında isə “Zirə”nin qələbəsi reytinqə növbəti töhfəni verib. Azərbaycanın aktivinə daha 0.500 xal əlavə edilib. Ötən gün isə “Sabah”ın qələbəsi hesabımıza 0.250 əmsal yazdırmışdı.
Azərbaycan I mərhələnin yekununda ən çox reytinq qazanan ölkədir. Təmsilçilərimiz keçirdikləri görüşlərdə inamlı qələbələrə imza atıb və ümumilikdə reytinqə mövsümün startında 1.500 xal yazdırıb.
Azərbaycan 20.062 xalla sıralamada 26-cıdır. 25-ci pillədə qərarlaşan İsrailin göstəricisi 20.750-dir. Azərbaycanı 18.562 nəticə ilə Bolqarıstan izləyir.
UEFA reytinq cədvəlinə isə 101.852 əmsalla İngiltərə başçılıq edir.
| Sıralama | Ölkə | Xal | Bu mövsüm qazanılan xal |
| 25 | İsrail | 20,75 | – |
| 26 | Azərbaycan | 20,062 | 1,5 |
| 27 | Bolqarıstan | 18,562 | 0,875 |
| 28 | Slovakiya | 18,375 | – |
