Şahmat

14-cü dünya çempionu məhkəməyə üz tutdu

Şahmat üzrə 14-cü dünya şempionu, rusiyalı Vladimir Kramnik FİDE Etika Kodeksini pozduğuna görə diskvalifikasiyasına qarşı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.

Aut.az xəbər verir ki, şahmatçı bu barədə sosial media səhifəsində məlumat verib.

Şahmatçı şikayətin ekran görüntüsünü əlavə edərək paylaşımda yazıb: “Mən indicə FİDE-yə qarşı CAS-a rəsmi apelyasiya şikayəti verdim”.

Xatırladaq ki, iyulun 3-də Vladimir Kramnik şahmatçılar Navara və Naroditskini dəlil olmadan fırıldaqçılıqda açıq şəkildə ittiham etdiyinə, eləcə də Ədalətli Oyun Komissiyasının araşdırması ilə əməkdaşlıq etməkdən imtina etdiyinə görə bir il müddətinə diskvalifikasiya edilib.

Aut.az