“Şamaxı”da portuqaliyalı müdafiəçi
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Aut.az xəbər verir ki, “şirlər” Portuqaliyanın “Paredes” klubundan mərkəz müdafiəçisi Rui Paçeçonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu növbəti iki mövsümü “Şamaxı”da keçirəcək.
