“Qarabağ” səfərə yollandı
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada “Vestri”nin qonağı olacaq.
Aut.az xəbər verir ki, “atlılar” matç üçün bu gün səfərə yollanıb.
“Qarabağ” ilk oyunda 3:0 hesablı qələbə qazanıb. Cavab görüşü iyulun 16-da keçiriləcək.
Azərbaycan təmsilçisi II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşündə bolqarlar qələbəyə sevinib – 3:2.
