Almaniya

Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO

Bundesliqa klublarının fanatları yeni mövsüm üçün formaların dizaynından narazıdırlar.

Aut.az xəbər verir ki, “X”-də Ralfinator adlı istifadəçi narahatlığını izləyiciləri ilə bölüşüb:

“Görünür, bu il birinci və ikinci Bundesliqanın ən pis formalarının nümayiş olunduğu ildir”.

Dizayn tənqidi sadədir: formalar ya çox nümayişkaranə, ya da çox darıxdırıcıdır. Azarkeş bir neçə nümunə təqdim edib.

“Union” formalarının əsas və üçüncü dəstləri.

Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO
Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO
“Şalke”nin səfər forması.
Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO

 “Bayer”in səfər forması.

Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO

“Volfsburq”un ev forması. 

Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO
“Hertha”nın ikinci forması.
Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO

“Dinamo Drezden”in qapıçı forması.

Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO

“Ştutqart”ın ev forması. 

Bundesliqada forma böhranı: Azarkeşlər nədən narazıdır? – FOTO

Paylaşımın altındakı şərhlərdə digər klubların azarkeşləri komandalarının yeni formalarını tənqid ediblər. Lakin ötən mövsüm baş verən fəlakətdən sonra “Bayern” azarkeşləri yeni forma dizaynını tərifləyiblər.

Dünya Kuboku ilə bağlı son araşdırmasında The Athletic qeyd edib ki, son mövsümlərdə idman geyimləri istehsalçıları keçmişə işarə edərək retro dizaynlara meyl göstəriblər və bu da tez-tez darıxdırıcı və ümumi formaların yaranmasına səbəb olub. Bu arada, Şimali Amerika Dünya Kubokunda canlı və müasir dizaynlar kommersiya baxımından uğurlu olduğunu sübut etdi. Unikal formalar azarkeşlər arasında klassikin daha bir remeyki ilə müqayisədə daha çox maraq doğurur.

Aut.az