Xorvatiya yığmasını yeni baş məşqçisi bəlli oldu
Slaven Biliç Xorvatiya millisinin yeni baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Ben Ceykobs məlumat verib .
57 yaşlı məşqçi 2006-cı ildən 2012-ci ilə qədər rəhbərlik etdiyi milli komandanın sükanı arxasına qayıtmağa razılıq verib. Onun rəhbərliyi altında xorvatlar 65 oyun keçirib. Bundan əvvəl o, Xorvatiyanın 21 yaşadək futbolçulardan ibarət komandasını (11 oyun) çalışdırıb.
Biliç “Lokomotiv Moskva”, “Beşiktaş”, “Vest Hem”, “Əl-İttihad”, “Vest Bromviç”, “Uotford”da da işləyib. Onun son klubu “Əl-Fateh” olub.
Biliç 2024-cü ilin avqust ayının ortalarına qədər Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi olub. O vaxtdan bəri işsizdir.
Xorvatiya 2026-cı il Dünya Kubokunun 1/8 finalında Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqdan sonra Zlatko Daliç istefa verib.
Aut.az
