Ruslara viza vermirlər – BOK kömək edə biləcək?
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya idmançılarına beynəlxalq yarışlarda iştirak etmək üçün viza məsələlərində kömək etməyə hazır olduğunu bildirib.
Ötən həftə BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini müvəqqəti olaraq bərpa etdi və beynəlxalq federasiyalara rusiyalı idmançıların turnirlərdə iştirakını məhdudlaşdırmaq üçün verdiyi bütün tövsiyələri ləğv etdi.
Aut.az xəbər verir ki, BOK-dan “RİA Novosti” agentliyinə bildirilib:
“BOK idmançıların beynəlxalq yarışlarda iştirakına təsir göstərə biləcək praktik məsələləri, o cümlədən zəruri hallarda viza ilə bağlı məsələləri həll etmək üçün beynəlxalq federasiyalarla müntəzəm olaraq sıx əməkdaşlıq edir. Viza verilməsi ilə bağlı qərarlar ayrı-ayrı dövlətlərin suveren məsuliyyəti olaraq qalsa da, BOK mümkün olduqda idmançıların beynəlxalq idmanda iştirakını asanlaşdırmaq səylərini dəstəkləmək üçün öz mandatı çərçivəsində çalışır”.
Aut.az
