İngiltərəİtaliya

“Yunayted” Edersondan imtina etdi – Bu futbolçuya görə

“Mançester Yunayted” diqqətini “Roma”nın yarımmüdafiəçisi Manu Koneyə yönəltmək üçün Edersonun transferindən imtina etmək qərarına gəlib.

Aut.az xəbər verir ki, İngiltərə klubu 27 yaşlı Edersonu “Atlanta”dan 35 milyon funt sterlinqə transfer etmək istəyirdi, lakin müqavilənin baş tutmadığı bildirilir.

“Sky Italia”nın məlumatına görə, transferdə heç bir problem olmayıb. Mənbə iddia edir ki, səbəb “Mançester Yunayted”in “Roma”dan Koneyə üz tutması olub.

“Transfermarkt” portalı Koneni 50 milyon avro dəyərində qiymətləndirir.

Aut.az