Azərbaycan futbolu

“Qarabağ” Kabo-Verde millisinin hücumçusu ilə maraqlanır

“Qarabağ” “Akron”un hücumçusu Gilson Benşimolla maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Zona Russa” məlumat yayıb.

Mənbənin iddiasına görə, “köhlən atlar” Rusiya klubunda oynayan 24 yaşlı hücumçunun keçidini reallaşdırmaq istəyir. Kabo-Verde millisinin üzvü “Qarabağ”ın transfer siyahısındadır.

Benşimol ötən mövsüm “Akron”un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb və 10 qol vurub.  Onun “Akron”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Gilson “Eştoril”, “Benfika B” komandalarında da oynayıb.