Heç kim şübhə edə bilməz: FİFA-dan Misirin ittihamlarına cavab
FİFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina bildirib ki, Misir millisinin Dünya Kubokunun 1/8 final matçında Argentina ilə oyunda hakimliyə qarşı ittihamları əsassızdır.
Aut.az xəbər verir ki, Kollinanın sözlərini jurnalist Rob Harris sitat gətirib:
“Heç kim FIFA hakimliyinin hər hansı bir təsirə məruz qaldığını iddia edə bilməz. Əsassız ittihamların idmanımızda yeri yoxdur. Heç kim Dünya Kubokunun oyunlarını idarə edən hakimlərin dürüstlüyünü şübhə altına ala bilməz”.
Aut.az
