Dünya futbolu

Mənim adım “Yunayted”in himnindədir, Ronaldonun adı yoxdur – Kançelskis

“Mançester Yunayted”in keçmiş futbolçusu Andrey Kançelskis əfsanəvi portuqaliyalı hücumçu Kriştiano Ronaldonun oyunu barədə fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Kançelskis bu barədə “RB Sport”a verdiyi müsahibədə bildirib:

“Gənclərimizin nümunə götürdükləri var; onlar Messi və Ronaldoya baxmalıdırlar. Ronaldonu necə tənqid etmək olar? Onun 41 yaşı var və Dünya Kubokunda üç qol vurub. Messi 39-da səkkiz qol vurub. Buna çalışmalıyıq. Yaş nə qədər böyükdürsə, bir o qədər çox məşq etməlisən.

Rusiya çempionatında hücumçularımız səkkiz qol vurur və nə qədər möhtəşəm olduqlarından danışmağa başlayırlar… Uşaqlar, Leo təkcə Dünya Kubokunda bu qədər qol vurdu…

Ronaldo ilə Moskvada, Çempionlar Liqasının finalında “Çelsi” ilə oynayarkən tanış oldum. Ferqyusonu qaldığı oteldə ziyarət etdim və ona kürü verdim. Çempionlar Liqasını qazanmaları münasibətilə onları təbrik etdim və Kriştianonun layiqli oğlan olduğu ortaya çıxdı. Onunla söhbət etdim və bu, xoş idi, çünki o, mənim “Mançester” də oynadığımı bilirdi.

Mənim adım “Mançester Yunayted”in himnindədir, amma onun adı yoxdur. Bəlkə də o, mənim oynlarımın videolarını görüb, amma mən karyeramda cəmi 102 qol vurmuşam, onun isə demək olar ki, 1000 qolu var”.

Kriştiano Ronaldo 2003-2009 və 2021-22-ci illərdə “Mançester Yunayted” də oynayıb.

Aut.az