Voleybol

Əsgərova Avropa çempionatının oyunlarına təyinat aldı

Beynəlxalq dərəcəli hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Aut.az xəbər verir ki, K.Əsgərova İtaliyada keçirilən voleybol üzrə 18 yaşadək (U-18) oğlanlar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında hakim kimi ədaləti qoruyur.

İyulun 7-də start götürən qitə birinciliyi ayın 18-dək davam edəcək.