Dünya cempionatı

Onlar sirdir, gah oynayırlar, gah da oynamırlar – Həbib hansı komandanı deyir?

UFC əfsanəsi Həbib Nurməhəmmədov Belçikanın 2026-cı il Dünya Çempionatının 1/8 finalında ABŞ üzərində qələbə qazanması (4:1) ilə bağlı fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Nurməhəmmədov özünün “Telegram” kanalında yazıb:

“Belçikalılar bu turnirdə mənim üçün hələlik bir sirdir, onlar ya oynayırlar, ya da oynamırlar. Amma onlar hələ də məğlub deyillər və nə desəniz də, artıq ilk səkkizliyə daxil olublar. Əlbəttə ki, onların ispanlara qarşı şansları azdır, amma mübarizə hələ davam edir”.

Belçika növbəti mərhələdə İspaniya ilə qarşılaşacaq. Oyun 10 iyulda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İspaniya 1/8 finalda Portuqaliyanı 1-0 hesabı ilə məğlub edib.

Aut.az