Meksika-İngiltərə oyunundan sonra atışma: Yaralılar var
Meksika və İngiltərə arasında keçirilən Dünya Kuboku oyunundan (2-3) sonra Los-Ancelesin şərqində dörd azarkeş güllələnib.
Aut.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, polis üç atışma barədə məlumat alıb, o cümlədən biri azarkeşlərin toplaşdığı Uittier bulvarında baş verib. Dörd yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.
Polisin məlumatına görə, hadisə ilə bağlı araşdırma aparılır.
Aut.az
