Məni öpmək istəyirsən? – Mbappenin ona nə dediyini açıqladı
Paraqvay millisinin müdafiəçisi Xuan Kaseres Fransanın hücumçusu Kilian Mbappenin DÇ-2026-nın 1/8 final mərhələsi matçının sonunda ona dediklərini açıqlayıb.
Fransızlar 1-0 hesabı ilə qalib gəliblər, qolu Mbappe penaltidən vurub.
Aut.az xəbərt verir ki, “TyC Sports” Kaseresdən sitat gətirib:
“Mbappe məndən onu öpmək istəyib-istəmədiyimi soruşdu”.
Matçın son dəqiqələrində paraqvaylılar fransız hücumçunu təhrik etməyə çalışıblar. Mbappe xüsusilə Kaseres və yarımmüdafiəçi Matias Qalarzanın kobudluqlarına məruz qalırdı. Lakin hücumçu təxribata müqavimət göstərməyib.
Aut.az
