Dünya cempionatı

Pedri: Finalda ona qarşı oynamaq arzumdur

İspaniya millisinin yarımmüdafiəçisi Pedri maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatındakı ən böyük arzusundan danışıb.

“Dünya çempionatının finalında Lionel Messiyə qarşı oynamaq mənim arzumdur. Mənim üçün o, futbol tarixinin ən böyük oyunçusudur. Onun oyununu izləməyi çox sevirəm. Bir vaxtlar hər gün birlikdə məşq edəndə də bundan böyük zövq alırdım. Onun meydanda etdikləri inanılmazdır. Bu yaşda belə səviyyədə çıxış etmək yalnız onun qeyri-adi ustalığı sayəsində mümkündür. Mənim üçün o, tarixin ən yaxşı futbolçusudur”.

Xatırladaq ki, İspaniya millisi 2026-cı il Dünya Çempionatının 1/8 final mərhələsində iyulun 6-da Portuqaliya ilə qarşılaşacaq. Argentina millisi isə iyulun 7-də Misir yığması ilə üz-üzə gələcək.