Klopp millinin baş məşqçisi olacaq: Son detallar qalıb
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, almaniyalı mütəxəssis milli komandaya rəhbərlik etməyə razılıq verib. Tərəflər uzunmüddətli müqavilənin son detallarını hələ razılaşdırmalıdırlar. Lakin əməkdaşlığın baş tutacağı bildirilir.
Almaniya millisi 2026-cı il dünya çempionatında uğursuz çıxış edib. Bundestim 1/16 final mərhələsində Paraqvaya penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb. Bu uğursuz nəticədən sonra Yulian Naqelsmann baş məşqçi vəzifəsindən ayrılıb.
