Çarəsiz imiş, amma qızı dünyaya gələndən sonra…
“Mançester Yunayted” və Argentina millisinin müdafiəçisi Lisandro Martines karyerasını bitirməyi düşündüyünü etiraf edib.
Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romano Martinesin sözlərini sitat gətirib:
“Keçən il çarmıxvari bağlarımı qopardıqdan sonra futbolu tərk etməyi düşündüm. Artıq əziyyət çəkmək istəmirdim. Çarəsiz idim, amma sonra qızım dünyaya gəldi. Həmin an hər şey dəyişdi.
Həyat yoldaşımın doğuşunu, bunun üçün sərf etdiyi səyi izlədim. Və öz-özümə dedim: bundan sonra necə imtina edə bilərəm?”
Argentina Kabo-Verde millisini məğlub edərək DÇ-2026-nın 1/8 final mərhələsinə vəsiqə qazanıb. Lisandro 120 dəqiqə meydanda olub.
Argentina növbəti turda Misirlə qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.
Aut.az
