Meksika-İngiltərə oyununun başlama vaxtı dəyişdi
2026-cı il Dünya Kubokunda 1/8 final mərhələsinin Meksika-İngiltərə oyununun başlama vaxtı dəyişdirilib.
Aut.az xəbər verir ki, “Mirror” qəzetinin verdiyi məlumata görə, oyun yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 22:00-a uyğun gəlir) başlayacaq.
Matç əvvəlcə Bakı vaxtı ilə saat 04:00-a planlaşdırılmışdı. İndi isə İngiltərə yüksək hündürlük şəraitində – “Azteca” stadionu dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir – günorta istisində oynayacaq. Matç 6 iyulda keçiriləcək.
Aut.az
