İtaliya

Maldini İtaliya yığmasında

Paolo Maldini İtaliya millisinin texniki direktoru vəzifəsini icra etməyə razılıq verib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Əkrəm Konur məlumat yayıb.

Təyinatın rəsmi olaraq tezliklə açıqlanması gözlənilir. 58 yaşlı Maldini əvvəllər “Milan”ın texniki direktoru vəzifəsində çalışıb (2019-2023) və klubun 2022-ci ildə Skudettonu qazanmasına kömək edib. Atası Çezare Maldini də İtaliya millisində baş məşqçi kimi çalışıb. İtaliya millisi pley-off finalında Bosniya və Herseqovinaya uduzduğu üçün 2026-cı il dünya çempionatında iştirak etmir.

Beləliklə, Maldini komandanın yenidənqurma prosesinə cavabdeh olacaq.

Aut.az