Bu məşqçilərlə olmaz – Milli komandadan imtina etdi
Pap Quye Seneqal millisindəki karyerasını dayandırıb.
27 yaşlı yarımmüdafiəçi Pap Quye Seneqal milli komandasında oynamaqdan imtina etdiyini açıqlayıb.
Afrika komandası 2026-cı il dünya çempionatının 1/16 final matçında Belçikaya 2:3 hesabı ilə məğlub olub (əlavə vaxtda 2:3) .
Oyuna start heyətində başlayan Pap Quye 66-cı dəqiqədə əvəzlənib, həmin vaxt seneqallılar hesabda 2-0 öndə olublar.
Aut.az xəbər verir ki, “Vilyarreal” oyunçusu sosial mediada yazıb: “Gedişlə bağlı bir neçə kəlmə demək üçün qayıdacağam… Amma hələlik, bu məşqçilər heyəti işini davam etdirdiyi müddətdə milli komandada oynamaqdan imtina edirəm”.
Aut.az
