Dünya futbolu

Rusiyada iştaha bax – Görün hansı turnirə ev sahibliyi etmək istəyir

Rusiya Futbol İttifaqının (RFU) prezidenti Aleksandr Dyukov 2036-cı il Avropa çempionatının Rusiyada keçirilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, o, ölkənin böyük beynəlxalq turnirə ev sahibliyi etməyə hazır olduğuna inanır.

“Rusiya Avro-2036-ya ev sahibliyi etmək üçün namizədliyini irəli sürməyə hazırdırmı? Bu səviyyəli futbol yarışını uğurla keçirmək üçün lazım olan hər şeyə sahibik. Ölkə lazımi infrastruktura malikdir. Böyük bir futbol yarışına namizədlik etmək imkanı yarandıqda, bunu edəcəyik. Buna milli komandaların beynəlxalq yarışlara qayıtması məsələsindən başlamalıyıq”, – deyə “Metaratings” Dyukovun sözlərini sitat gətirirb.

Aut.az