Azərbaycan futbolu

Millimiz ev oyununu Gəncədə keçirəcək – RƏSMİ

Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti ev oyununu Gəncədə keçirəcək.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yığma komanda oktyabrın 4-də Litva millisini Gəncə şəhər stadionunda qəbul edəcək.

Qeyd edək ki, qarşılaşma UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək. AFFA azarkeşləri millimizi Gəncə şəhər stadionunda dəstəkləməyə çağırıb.