Dünya cempionatı

Hil uğurun sirrini açdı: Bunun sayəsində cəmi iki zərbəni qaçırdım

Paraqvayın qapıçısı Orlando Hil penaltilər seriyasındakı qurtarışlarının sirrini açıb.

Paraqvay millisi 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Almaniyanı məğlub edib (1:1, penaltilərdə 4:3).

“San Lorenso”nun qapıçısı  Kay Haverts və Nik Voltemadenin zərbələrini dəf etdi, Conatan Ta isə topu kənara vurdu.

Aut.az xəbər verir ki, Hil ən yaxşı oyunçu seçildiyi matçdan sonra deyib:

“Hər bir oyunçunu, hər detalı təhlil etmişdik. Bunun sayəsində cəmi iki zərbəni qaçırdım.

Bu qələbə bütün Paraqvay xalqınındır”.

Aut.az