Digər

Üçqat dünya çempionundan rekord

Üçqat dünya çempionu, niderlandlı Marrit Stinberqen Romada keçirilən “Sette Colli” üzgüçülük yarışında sərbəst üsulla 100 metr üzgüçülükdə dünya rekordunu qırıb.

Aut.az xəbər verir ki, bu barədə “World Aquatics” məlumat yayıb.

O, 51,68 saniyə nəticə göstərərək İsveçli Sara Şyöstrümün dünya rekordunu saniyənin üçdə biri qədər geridə qoyub. Əvvəlki dünya rekordu 2017-ci ildə qoyulmuşdu.

Marrit “RAI Italia”ya verdiyi müsahibədə bildirib:

“Mən həmişə dünya rekordu qırmağı hədəfləmişəm, amma heç vaxt bunu bacaracağımı düşünməmişəm”.

Bu, Saranın dünya rekordunun bir neçə həftə ərzində ikinci dəfə qırılmasıdır. Ötən həftə amerikalı Keyt Duqlas 50 metrlik sərbəst üzgüçülükdə onun dünya rekordunu qırıb.

Aut.az