Voleybol

Millətlər Liqasının tarixində 62 dəqiqəlik rekord

Voleybol üzrə Millətlər Liqasında Polşa və Argentina arasında keçirilən matç turnir tarixində ən uzun setə sahib olub.

Aut.az xəbər verir ki, qarşılaşma 28 iyun 2026-cı ildə Polşanın Qlivitse şəhərindəki “PreZero Arena”da keçirilib.

Bu qarşılaşmanın ilk seti 62 dəqiqə davam edib və 48-50 hesabı ilə Argentinanın xeyrinə başa çatdı. Bu, Millətlər Liqasının yaranmasından bəri ən uzun setdir.

Əvvəlki rekord ( 44:42) 2026-cı ildə baş tutan Türkiyə və Almaniya arasında keçirilən matçda qeydə alınmışdı.

Aut.az