Məni qıcıqlandıran da budur – İbradan Niderlandın məğlubiyyətinə reaksiya
Zlatan İbrahimoviç Niderlandın 2026-cı il Dünya Çempionatının 1/16 finalında Mərakeşə məğlub olması ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, onun sözləri “VoetbalPrimeur” tərəfindən sitat gətirilib.
Əfsanəvi futbolçu baş məşqçi Ronald Kumanı günahlandırıb:
“Düşünürəm ki, bu məğlubiyyətdə Ronald Kuman günahkardır. Niderlandı tanımadım. Bu, holland kimliyi deyil. Kuman öz kimliyi ilə uduzdu, amma bu, holland kimliyi deyil. Məni qıcıqlandıran da budur.
Matçı uduzmaq olar, amma yenə də kimliyini qoruyub saxlaya bilərsən. Özün ol. Oyunçular özlərini narahat hiss edirdilər. Topa sahib deyildilər, hücumda heç nə göstərmirdilər və bu, dəhşətli görünürdü. Mən buna görə Kumanı günahlandırıram”, – İbrahimoviç deyib.
Qeyd etmək lazımdır ki, Niderland oyuna əlavə edilmiş vaxtda qələbəni əldən verib. Matçın taleyi penaltilər seriyasında həll olunub və mərakeşlilər 3-2 hesabı ilə qalib gəliblər.
“Atlas .irləri” 1/8 finalda Kanada ilə qarşılaşacaq. Oyun 4 iyulda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Aut.az
