Kannavaro qaçdı – Özbəkistana yox, İtaliyaya uçacaq
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro Dünya Kubokundakı məyusedici çıxışından sonra Daşkəndə uçmayacaq.
Aut.az xəbər verir ki, italiyalı mütəxəssis ABŞ-ı tərk edərək vətəni İtaliyaya gedəcək.
Bu barədə “Championat.asia” məlumat yayıb.
“İki aydır ki, milli komandadayıq və hamımızın bir az istirahətə ehtiyacı var. Nyu-Yorkdan İtaliyaya uçuram, sentyabrda görüşərik”, – deyə Kannavaro mənbəyə bildirib.
Özbəkistan millisi K qrupunda keçirdiyi hər 3 iyunda məğlub oldu.
Aut.az
