Əfsanə əmindir: Keyn səhv qərar verib
İngiltərə millisinin əfsanəvi keçmiş hücumçusu Maykl Ouen Harri Keynin “Bayern”ə keçidinin karyerası üçün səhv bir qərar olduğunu düşünür.
Aut.az xəbər verir ki, 2001-ci il “Qızıl top” mükafatının sahibinin sözləri “Bayern & Germany” tərəfindən sitat gətirilib.
“Mən Harri Keynə heyranam. Onu İngiltərə millisinin tarixindəki ən yaxşı mərkəz hücumçusu adlandırmaqda heç bir tərəddüd etmirəm. O, əlbəttə ki, dünya futbolunda son nöqtəni qoymağı bacaran ən yaxşı oyunçudur. Harrinin hekayəsində bəyənmədiyim tək şey onun “Bayern”ə keçməsidir. Səviyyəsinə gəldikdə isə, o, Bundesliqanı çoxdan üstələyib.
Harrinin sayəsində Bundesliqaya daha çox diqqət yetirməyə başladım və deyə bilərəm ki, “Bayern”dən başqa, liqa orta səviyyədədir.
Həftəbəhəftə topa sahib olan, oyuna nəzarət edən və çoxsaylı qol imkanları yaradan bir komandada oynayır. Əlbəttə ki, qol vurur. Amma yenə də inanıram ki, Premyer Liqanın bütün zamanların ən çox qol vuran oyunçusu olmaq daha böyük bir nailiyyət olardı. O, buna layiq idi. Bundan əlavə, “Tottenhem”lə müqaviləsi bitəndə istənilən klubu seçə bilərdi”, – deyə əfsanəvi hücumçu bildirib.
Aut.az
