Dünya cempionatı

Pley-offda bu komandalar sürpriz edə bilər – Həbibin proqnozu

UFC Şöhrət Zalının üzvü Həbib Nurməhəmmədov 2026-cı il Dünya Kubokunun pley-off mərhələsində sürpriz edə biləcək yığmaların adlarını açıqlayıb.

Aut.az xəbər verir ki, Nurməhəmmədov bu barədə “Telegram” kanalında yazıb:

“Burada (pley-offda), əlbəttə ki, çox maraqlıdır. Futbol azarkeşləri varmı? Yaponiya, Kolumbiya, Seneqal, Mərakeş. Bu komandalar bizi həqiqətən təəccübləndirə bilər”.

1/16 finalda Mərakeş Niderland, Yaponiya Braziliya, Kolumbiya Qana, Seneqal isə Belçika ilə qarşılaşacaq.

Aut.az