Cüdo

Azərbaycanlı 14 yaşlı cüdoçu vəfat etdi

Azərbaycanlı yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Naxçıvan Gənclər və İdman Nazirliyi məlumat yayıb. 14 yaşlı idmançının ölüm səbəbi açıqlanmayıb.

Vəli iyunun 18-də muxtar respublika birinciliyində qızıl medal qazanmışdı.