Digər

İki ildir mükafatını ala bilmir: Səbəb bəllidir

Belaruslu sinxron üzgüçü Vasilina Xondoşko SWIFT sistemi ilə bağlı çətinliklər üzündən iki ildir ki, mükafat pulunu ala bilmədiyini bildirib.

Aut.az xəbər verir ki, “Sport5.by” saytının məlumatına görə, 24 yaşlı idmançı deyib: “Təəssüf ki, hələlik mükafat pulumuzu almamışıq. Bu, Avropa ilə ölkəmiz arasında SWIFT sistemi ilə bağlı çətinliklərlə bağlıdır. Təşkilatçılar vəsaitin nəzərdə tutulan alıcılara çatmamasından narahatdırlar. Buna görə də, 2024-cü ildən bəri mükafat pulum yığılır. Hələ ki, onu götürə bilmirəm, amma ümid edirəm ki, nə vaxtsa hamısını birdən alacağam”.

Qeyd etmək lazımdır ki, Xondoşko Dünya Çempionatında gümüş (2025) və bürünc (2024, 2025) medal qazanıb.

Aut.az