DÇ-2026: İngiltərə Qana ilə oyunda xal itirib
Futbol üzrə dünya çempionatında İngiltərə Qana ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb – 0:0.
İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələn avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub edən (1:0) Qana yığması da eyni xala malikdir.
Qeyd edək ki, bu qrupun digər matçında, saat 03:00-da Panama Xorvatiya ilə qarşılaşacaq.
