Azərbaycan futboluKonfrans Liqası

“Zirə”nin rəqibi evdə xal itirdi

Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, UEFA Konfrans Liqasının 1-ciI təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” doğma meydanda “Spaeri”ni qəbul edib. Oyun qolsuz bərabərliklə başa çatıb.

19 turdan sonra 27 xal toplayan Kutaisi təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

“Zirə” ilə “Torpedo” arasında ilk matç iyulun 8-da Sumqayıtda keçiriləcək. Cavab görüşü isə ayın 16-da Gürcüstanda olacaq.