41 yaşlı Tyaqo Silva komanda tapdı
Təcrübəli müdafiəçi Tyaqo Silva karyerasını davam etdirmək üçün müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, “Fluminense” rəsmi saytında 41 yaşlı oyunçu ilə 2026-cı ilin sonuna qədər müqavilə imzaladıqlarını açıqlayıb.
Tyaqo Silva əvvəllər bir neçə mövsüm “Fluminense”də oynamışdı. Müdafiəçi ümumilikdə klubda 186 rəsmi oyun keçirib, 18 qol vurub və 5 məhsuldar ötürmə edib.
Tyaqo Silva ötən mövsümün ikinci yarısında “Portu”da oynayıb.
Aut.az
