Fransa millsiində ciddi itki? – Son məşqi buraxdı
Fransa millisinin və “Real”ın dayaq yarımmüdafiəçisi Orelyen Çuameni bu gecə İraqa qarşı keçiriləcək 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci tur oyunu öncəsi komandanın məşqində iştirak etməyib.
Aut.az xəbər verir ki, “L’Equipe”-in məlumatına görə, 26 yaşlı futbolçu “xoruzlar”ın son hazırlığını buraxan yeganə oyunçu olub.
Çuameni fizioterapevtin nəzarəti altında fərdi proqram üzrə kardio məşqləri yerinə yetirib. Onun zədələnib-zədələnmədiyi və ya oyuna hazırlıq vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, yarımmüdafiəçi mundialın ilk turunda Seneqala qarşı keçirilən və Fransa millisinin 3:1 hesablı qələbəsi ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub.
Aut.az
