Avropa Liqasının qalibi olmaq problemləri gizlətdi – Sabiq klubu haqda
“Tottenhem”in sabiq futbolçusu Qaret Beyl London klubundakı vəziyyətlə bağlı danışıb.
Aut.az xəbər verir ki, “The Athletic” Beyldən sitat gətirib:
“Avropa Liqasının qalibi olmaq bəzi problemləri gizlətdi. Düşünürəm ki, sahiblər indi bu transfer pəncərəsini komandanı yenidən öz yerinə qaytarmaq və investisiya qoymaq üçün bir şans kimi görəcəklər”.
Xatırladaq ki, “Tottenhem” iki mövsüm əvvəl Avropa Liqasını qazanaraq uzun müddətdən sonra ilk böyük titulunu qazanmışdı. Ötən mövsüm “Tottenhem” İngiltərə Premyer Liqasından düşməkdən çətinliklə xilas oldu.
Aut.az
