İnfantio və Kanadanın Baş naziri Rusiya bayrağını imzaladı – VİDEO
2026-cı il Dünya Kubokunda FİFA prezidenti Canni İnfantino və Kanadanın Baş naziri Mark Karni Rusiya bayrağını imzalayıblar.
Aut.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bu, Kanada və Qətər arasında keçirilən matç zamanı baş verib. Rusiya simvolları taxan bir şəxs qonaqlara yaxınlaşaraq onlardan ölkələrinin bayrağını imzalamağı xahiş edib.
Karni həmin vaxt başqa insanlarla danışırdı və ola bilsin ki, nəyə imza atdığının fərqinə varmayıb.
Amma FIFA prezidenti rusiyalının gözlərinin içinə baxaraq və hətta onunla bir neçə kəlmə danışaraq hər şeyi aydın başa düşüb.
Aut.az
