Hidayət yarışa çıxmadı
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyib.
Aut.az xəbər verir ki, Olimpiya çempionu 1/16 finalda Usuxcarqal Altaibaatar (Monqolustan) ilə görüşə çıxmayıb.
Heydərov çəkisini sala bilmədiyi üçün yarışdan kənarda qalıb.
