Dünya cempionatı

DÇ-2026: Niderland – İsveç matçının ən yaxşı futbolçusu açıqlandı

DÇ-2026-nın qrup mərhələsinin II turunda baş tutan Niderland – İsveç görüşünün ən yaxşı futbolçusu bəlli olub.

Aut.az xəbər verir ki, “narıncılar”ın vingeri Kodi Qakpo ən yaxşı seçilib.

27 yaşlı futbolçu matçın 47 və 54-cü dəqiqələrində fərqlənməklə dubla imza atıb.

Qeyd edək ki, F qrupunun matçı Niderland millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.