Dünya cempionatı

DÇ-2026 – Bir gündə iki rekord

DÇ-2026-da keçirilən Paraqvay-Türkiyə oyununda rekord qeydə alınıb.

Aut.az xəbər verir ki, Kaliforniya ştatının Santa Klara şəhərindəki “Levi’s” stadionunda keçirilən oyunun 64-cü saniyəsində paraqvaylı Matias Qalarza hesabı açıb.

Bu, DÇ tarixində vurulan ən erkən qoldur. Maraqlıdır ki, Matias elə bu gün qeydə alınan rekordu yeniləyib.  Bundan əvvəl Şotlandiya-Mərakeş matçında (0-1) İsmael Saibari 71-ci saniyədə fərqlənmişdi.

Aut.az