Dünya cempionatı

DÇ-2026: ABŞ Avstraliya millisinə qalib gəldi

Futbol üzrə dünya çempionatında ABŞ Avstraliya millisinə qalib gəlib.

Aut.az xəbər verir ki, Sietl stadionunda keçirilən D qrupunun II turunun matçında ev sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Əvvəlcə avstraliyalıların heyətində Kameron Börces 11-ci dəqiqədə avtoqol müəllifi olub. 43-cü dəqiqədə isə Aleks Frimen yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 07:00-da Türkiyə Paraqvayla üz-üzə gələcək.