Əlcəzair FİFA-ya şikayət etdi
Əlcəzair Futbol Federasiyası (FAF) Əlcəzair və Argentina arasında 2026-cı il Dünya Kubokunun qrup mərhələsi matçının hakimliyi ilə bağlı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına ( FIFA ) şikayət ərizəsi təqdim edib.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” məlumat yayıb.
İlk insident 32-ci dəqiqədə baş verib, Lionel Messi Aissa Mandinin baldır nahiyəsindən vurub.
Hakim Şimon Marçinyak argentinalı kapitana sarı vərəqə belə göstərmədi və VAR müdaxilə etməyib.
Əlcəzair həmçinin Aleksis Makallisterin 74-cü dəqiqədə İbrahima Mazanın üzünə dirsəklə vurduğuna görə cəzalandırılmamasından narazıdır.
Argentina 2026-cı il Dünya Kubokunun açılış oyununda Əlcəzairi 3-0 hesabı ilə məğlub etdi və hər 3 qolu Messi vurdu.
Aut.az
