Azərbaycan futbolu

Bölgə klubu hücumçusu ilə yeni müqavilə

“Şahdağ Qusar” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi hücumçusu Famil Camalovla müqavilənin müddətini artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Camalov mövsümün sonuna qədər “Şahdağ Qusar”ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Famil 2024-cü ilin yanvar ayından komandanın heyətində çıxış edir