Dünya cempionatı

Həm Messinin böyüklüyündən, həm də meydandan qovulmamasından danışdı

Əlcəzair millisinin bosniyalı baş məşqçisi Vladimir Petkovic 2026-cı il dünya çempionatının ilk turunda Argentina yığmasına 0:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb

Aut.az xəbər verir ki, o, xüsusilə 38 yaşında het-trik edən Lionel Messinin istedadından danışıb. Petkoviç eyni zamanda birinci hissədə baş vermiş epizodla bağlı hakimlərin Messiyə qırmızı vərəqə göstərməli olduğunu da eyhamla bildirib:

“Onun səviyyəsi müqayisəolunmazdır. Biz hər hansı yaşlı futbolçudan danışmırıq. Söhbət səkkiz dəfə “Qızıl top” qazanan oyunçudan gedir. Bu gün ona qol vurmağı çox asanlaşdırdıq. O, hər şeyi rahatlıqla edir. Argentina millisi uzun illərdir onun rəhbərliyi altında oynayır. Messi inanılmaz işlər görür. Argentina oyunda qapıya 10 zərbə vurdu, onların 7-i Messinin payına düşdü. Nəticədə qələbəyə layiq olan tərəf də onlar oldu.

Onun meydandan qovulmalı olub-olmaması barədə indi danışmağın mənası yoxdur. Amma həmin epizodu hamı gördü, mən də daxil olmaqla. Oyundan sonra videoya baxdım, lakin bu barədə çox danışmaq istəmirəm.

Biz bizdən daha güclü komandaya qarşı oynadıq. Bu gün xal qazanmağımız böyük sürpriz olardı. Qrupdakı digər iki komanda da hələ Argentina ilə qarşılaşacaq. Buna görə taleyimiz hələ də öz əlimizdədir”.

Aut.az