Neymar yenə oynamayacaq?
Braziliya millisinin hücumçusu Neymar 2026-cı il dünya çempionatının qrup mərhələsində Haiti yığmasına qarşı keçiriləcək oyunu buraxacaq.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Raisa Simpliko məlumat yayıb.
Onun sözlərinə görə, 34 yaşlı futbolçu hələ də zədəsini tam sağaltmayıb. Bununla belə, Neymarın bərpa prosesi üçün hazırlanmış qrafikə uyğun şəkildə irəlilədiyi bildirilir.
Neymar sonuncu dəfə mayın 17-də Braziliyanın “Santos” klubunun heyətində meydana çıxıb. O, həmin oyunda zədə alıb.
Braziliya və Haiti milliləri arasında qarşılaşma iyunun 20-də keçiriləcək. Neymar daha əvvəl də dünya çempionatında Mərakeş millisinə qarşı baş tutan və 1:1 hesabı ilə başa çatan ilk qrup oyununu buraxmışdı.
Aut.az
