Dünya cempionatıDünya futbolu

Mbappe-Haaland qarşıdurması – Flo deyir ki…

Norveç millisinin keçmiş oyunçusu Ture Andre Flo 2026-cı il Dünya Kubokunda Erlinq Haaland və fransız hücumçusu Kilian Mbappe arasında gözlənən mübarizə barədə şərh verib.

Norveç və Fransa I qrupunda yer alır və 26 iyunda qarşılaşacaqlar.

Aut.az xəbər verir ki, “RMC Sport” Flonun sözlərini sitat gətirib:

“Düşünürəm ki, bu barədə danışmaq üçün hələ tezdir. Onların hər ikisi əla bombardirlərdir. Haaland hələ Dünya Kubokunda qol vurmayıb.

Amma nə olacağını görəcəyik. Bundan əlavə, düşünmürəm ki, Mbappe və Haaland hazırda bu matç haqqında düşünürlər. Onlar sadəcə növbəti mərhələyə keçmək istəyirlər”.

Norveç 28 ildən sonra ilk dəfə Dünya Kubokunda iştirak edəcək. Komanda Fransa ilə yanaşı, qrup mərhələsində İraq və Seneqal ilə də qarşılaşacaq.

Aut.az