Bakıda keçiriləcək beynəlxalq turnirə 40 komanda qatılacaq
Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turnirində 40 komanda iştirak edəcək.
Aut.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.
İyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq.
Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib. Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.
Dünyanın müxtəlif ölkələrində keçirilən “Queen & King of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur.
