Basketbol

NBA ulduzu silah gəzdirirmiş, həbs edildi

 “Klivlend Kavalyers” komandasının ulduzu Ceyms Harden şənbə günü Hyustonda qanunsuz silah gəzdirmək ittihamı ilə həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə Harris Şəhər Katibliyinin ofisinin məlumat yayıb.

Polis 36 yaşlı basketbolçunun maşınını saxlayıb və silah tapıb.

Harden girov müqabilində azadlığa buraxılıb. Növbəti məhkəmə iclası iyunun 22-də keçiriləcək və əlavə tədbirlər barədə qərar veriləcək.

Aut.az